Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mərakeş Krallığının ədliyyə naziri ilə görüş keçirib

01-04-2022 220 dəfə oxunub
Ombudsman Mərakeş Krallığının ədliyyə naziri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeşə səfəri çərçivəsində ölkə Krallığının ədliyyə naziri Abdullatif Ouahbi ilə görüş keçirib. 

Görüş zamanı Azərbaycanda ədliyyə sahəsində  aparılan islahatlar, ədliyyə orqanları ilə əməkdaşlıq istiqamətləri və Ombudsmanın mandatı barədə nazirə ətraflı məlumat verilib.  Ombudsman  Vətən müharibəsi dövründə həyata keçirdiyi fəaliyyət barədə danışıb. O, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə minalarla çirkləndirilməsi, hazırda bu problemin yaratdığı ciddi fəsadlar, habelə müharibə nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının 30 ilə yaxındır naməlum qalan taleyi ilə bağlı da məlumat verib.

Ombudsman yekunda nazirə qəbula görə təşəkkürünü bildirib.