Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi" mövzusunu müzakirə edib

09-03-2022 208 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi" mövzusunu müzakirə edib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Erkən nikaha qarşı yeniyetmə və gənclərin maarifləndirilməsi” mövzusunda rayon Fərzili kənd ümumi orta məktəbində maarifləndirmə tədbiri keçirib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bütün əhali qruplarından olan uşaqların hüquqlarının müdafiəsi və təmini məsələsinin daim Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib. Keçirilən tədbirdə erkən nikah problemi və ona qarşı mübarizə yolları, habelə bu kontekstdə pozulan insan hüquqları barəsində geniş məruzə edilib. Çıxış zamanı cəmiyyətdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi problemlər haqqında məqamlara toxunularaq, bu istiqamətdə maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.

Z.İsmayılov iştirakçılara bu cür hallar baş verdikdə Ombudsmanın  916 nömrəli Çağrı Mərkəzinə müraciət edə biləcəkləri barədə bilgi verərək, onların suallarını cavablandırıb.

Daha sonra tədbir mövzu ətrafında müzakirə ilə davam edib.