Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi gənclər arasında maarifləndirmə tədbiri təşkil edib

09-03-2022 217 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi gənclər arasında maarifləndirmə tədbiri təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində Gənclər arasında anti-sosial davranışın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən regional mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsman tərəfindən gənclərlə aparılan iş, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasında təsisatın rolu barədə iştirakçılara geniş məlumat verərək, gənc nəslin formalaşmasında maarifləndirmənin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, vətənpərvərlik ruhunda yetişmiş gənclər Vətən müharibəsində böyük şücaət göstərib. Tədbirdə dövlətin və cəmiyyətin inkişafı naminə gənclərin anti-sosial davranışdan, radikal cərəyanlardan və zərərli vərdişlərdən uzaq olmasının zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra mövzu ilə bağlı müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.