Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan və Mərakeş ombudsmanları arasında görüş keçirilib

01-04-2022 228 dəfə oxunub
Azərbaycan və Mərakeş ombudsmanları arasında görüş keçirilib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Mərakeşli həmkarı Mohamed Benalilou ilə görüş keçirib.

Mərakeş Krallığının Ombudsmanı çıxışı zamanı İslam ƏməkdaşlıqTəşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının son iclası çərçivəsində keçirilmiş təqdimat hissəsində Azərbaycan Ombudsman təsisatı haqqında geniş məlumat aldıqlarını qeyd edib.

Azərbaycan və Mərakeş ombudsmanları arasında ilk dəfə ikitərəfli görüşün baş tutduğunu bildirən S.Əliyeva beynəlxalq ombudsman təşkilatları tərkibində əməkdaşlıqdan məmnunluğunu və bu  səfərin iki qurum arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə sosial hüquqların təmini, qadınların, həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətlər, illik məruzənin hazırlanması proseduru və qarşılıqlı olaraq əməkdaşlar üçün təlimlərin  təşkili haqqında fikir mübadiləsi aparılıb. Bundan əlavə, iki qurum arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi də müzakirə edilib. 

Sonda Səbinə Əliyeva dəvətə və qonaqpərvərliyə görə Mərakeşli həmkarına öz təşəkkürünü bildirib.