Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistan Ombudsmanının Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın münasibəti

05-03-2022 210 dəfə oxunub
Ermənistan Ombudsmanının Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın münasibəti

Ermənistanın kütləvi informasiya vasitələrində bu ölkənin yeni seçilmiş Ombudsmanı Kristina Qriqoryanın bu günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfər etməsi barədə məlumat verilib.

Ermənistan Ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.

Bu qanunsuz səfər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır. 

Ermənistan Ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun.