Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 2021-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

04-03-2022 243 dəfə oxunub
Ombudsman 2021-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

4 mart 2022-ci il tarixində Ombudsman Səbinə Əliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Səbinə Əliyeva bu il 20 illiyi qeyd ediləcək Ombudsman təsisatının yaradılmasında xüsusi rola malik olmuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsinə ehtiramını bildirib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb. Ombudsman, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad edib.

Milli Məclisdə çıxışı zamanı Ombudsman Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər, postmüharibə dövründəki fəaliyyət və qarşıda duran vəzifələrlə bağlı məsələlərə diqqət çəkib. Eyni zamanda, Ombudsman 2021-ci il üzrə məruzəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəlmiş bir sıra təklif və tövsiyələr verib.

Ombudsmanın 2021-ci il üzrə məruzəsi təsisatın rəsmi internet səhifəsində yayımlanacaq və dərc edilməsi üçün müvafiq mətbuat orqanlarına təqdim ediləcəkdir.