Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirib

02-03-2022 211 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunmasının otuzuncu ildönümü münasibətilə  Ombudsmanın Gəncə Regional Mərkəzi və Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, gənclərin fəal iştirakı ilə “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan Respublikası 2 mart 1992-ci il tarixində BMT-nin üzvülüyünə qəbul edilmiş və 6 may 1992-ci il tarixində BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. O, çıxışında BMT üzvlüyünə qəbul olunduqdan sonra ölkəmizin həyata keçirdiyi işlər, qurulmuş əməkdaşlıq əlaqələri və qəbul edilmiş sənədlər haqqında iştirakçılara geniş məlumat verib. Bununla yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı və BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlığın qurulduğu da diqqətə çatdırılıb.

Tədbir iştirakçıları BMT sistemində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində nizamnamə və müqavilə orqanları, həmin orqanlarda həyata keçirilən fərdi və ya dövlətlərarası şikayət prosedurları, dövlətlərin dövrü hesabatları prosedurları barədə ətraflı məlumatlandırılıb, verilən suallar cavablandırılıb.