Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmələr həyata keçirilib

24-01-2024 1005 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin internat tipli təhsil müəssisələrinə, Sumqayıt şəhər internat tipli gimnaziyaya və Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə başçəkmə keçirilib.  

Başçəkmələr zamanı bu müəssisələrdə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki monitorinqlər üzrə verilmiş tövsiyələrin icrası vəziyyəti, sənədləşmə yerində yoxlanılıb, həmin müəssisələrin əməkdaşları və uşaqlarla söhbət aparılıb.

Sumqayıt şəhər internat tipli gimnaziyada əvvəllər qeyd alınan bir sıra nöqsanın aradan qaldırıldığı, lakin yataqxananın əsaslı təmir edilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ üzvləri rəftar məsələlərinin öyrənilməsi məqsədilə uşaqlarla görüşüb, onlarla konfidensial söhbətlər aparıb.

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə isə, əvvəlki başçəkmə zamanı müəyyən edilən bəzi problemlərin hələ də qaldığı, müəssisədə pandusların quraşdırılması və havalandırma sisteminin təşkilinin təmin olunmadığı müşahidə edilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.