Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması mövzusu ilə bağlı tədbir keçirib

18-01-2022 252 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması mövzusu ilə bağlı tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə Lənkəran Dövlət Peşə Liseyində “Uşaqlara qarşı yol verilən zorakılıq halları və onunla effektiv mübarizə tədbirləri” mövzusunda tədbir təşkil edilib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, liseyin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, hər bir uşağın şəxsi toxunulmazlıq və zorakılığın bütün formalarından müdafiə hüququ vardır. Çıxış zamanı iştirakçılara zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar, bu sahədə mövcud milli və beynəlxalq qanunvericilik barədə geniş məlumat verilib. Erkən nikah və bununla əlaqəli zərərli adət-ənənələrin təsirləri barədə məlumat verilib, ailələr, məktəblər və icmaların uşaqların hüquqlarının təmini və gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq əməllərinə hüquqi qiymət verilməsinin Ombudsman tərəfindən nəzarətdə saxlanıldığı və Milli Preventiv Mexanizm mandatı çərçivəsində uşaqların saxlandığı müəssisələrə mütəmadi başçəkmələrin həyata keçirildiyi bildirilib.

Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək, uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyəsəti, onların radikal dini təsirlərdən qorunmasının vacibliyi, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının əhəmiyyətini diqqətə çatdırıblar.