Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Yüksəliş” müsabiqəsinin qalibi ilə icra olunan mentorluq proqramı uğurla davam edir

28-02-2022 219 dəfə oxunub
“Yüksəliş” müsabiqəsinin qalibi ilə icra olunan mentorluq proqramı uğurla davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva növbəti dəfə “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə görüşüb.

Görüşdə əlilliyi olan şəxslərin hüquqlarına dair layihənin hazırlanması və icra olunması istiqamətində müzakirə aparılıb, layihənin məqsədi, vəzifələri, hədəf qrupu, tərəfdaş kimi cəlb edilə biləcək qurumlar və nəticələrlə bağlı məsələlər barədə qarşılıqlı razılığa gəlinib. Eyni zamanda, L.Qafarzadə əlilliyi olan şəxslərin hüquqları sahəsində Müvəkkilin təcrübəsi ilə daha yaxından tanış olaraq, müvafiq layihənin həyata keçirilməsi ilə bağlı materiallar əldə edib.

Qeyd olunmalıdır ki, mentorluq proqramı çərçivəsində iki ay ərzində fəaliyyət planına uyğun olaraq bir sıra görüşlər baş tutub, insan hüquqlarının müdafiəsi və təbliği istiqamətində birgə əməkdaşlıq həyata keçirilib. Belə ki, L.Qafarzadə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə başçəkmədə iştirak edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilən başçəkmələr zamanı L.Qafarzadə insan hüquqlarının müdafiəsi və təbliği ilə bağlı praktiki təcrübə qazanıb. Hər iki başçəkmə ilə bağlı məlumat Ombudsmanın rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında, həmçinin kütləvi informasiya vasitələrində yayımlanıb.