Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan ərazilərində işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməməsi ilə bağlı AZƏRTAC-ın sorğusuna Ombudsmanın cavabı

24-01-2024 1346 dəfə oxunub
Azərbaycan ərazilərində işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməməsi ilə bağlı AZƏRTAC-ın sorğusuna Ombudsmanın cavabı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyini təsdiqləyir.

Ermənistan tərəfindən törədilən mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinə mane olur, mülki şəxslərin həyat və sağlamlığını risk altında qoyur, əhalinin öz tarixi yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Birinci Qarabağ müharibəsindən bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda basdırdığı minaların partlaması 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, ümumilikdə 3400-dən çox vətəndaşımızın minadan zərər çəkməsi ilə nəticələnmişdir. Bununla da beynəlxalq humanitar hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı dəqiq xəritələrin varlığı inkar edilmiş və ölkəmizə təqdim olunmamış, bu günədək verilmiş mina xəritələrinin dəqiqlik göstəricisi isə cəmi 25 faiz təşkil etmişdir. Ermənistanın xarici işlər nazirinin son etirafı həmin dövlətin Azərbaycana qarşı müharibə cinayətləri və mina terroru törətdiyini bir daha sübut edir.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

24 yanvar 2024-cü il