Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" filmi hazırlanıb

25-02-2022 205 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" filmi hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" adlı film hazırlanıb. 

Filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın, mülki əhalinin soyqırım zamanı və girovluqda məruz qaldıqları işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla yanaşı, Ombudsmanın bu soyqırım cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.

Videonu buradan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=FxLNjDf33fM