Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin İnkişaf Proqramının Azərbaycan Republikasındakı müvəqqəti işlər vəkili ilə görüşüb

25-02-2022 279 dəfə oxunub
Ombudsman BMT-nin İnkişaf Proqramının Azərbaycan Republikasındakı müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə   Əliyeva   BMT-nin   İnkişaf Proqramının  Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul edib.

Qonağı salamlayan S. Əliyeva Ombudsmanın mandatı, strukturu, həyata keçirdiyi fəaliyyət, o cümlədən BMT-nin müqavilə və nizamnamə orqanları ilə əməkdaşlıq istiqamətləri barədə qonağa geniş məlumat verib.  

Qeyd olunub ki, Ermənistanın işğalından azad olunan ərazilərimizdə həyatın yenidən bərpa edilməsi hazırda prioritet vəzifələrdən biri olaraq qarşıda durur. Həmin ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışan Ombudsman müharibədən zərər çəkmiş insanların yenidən normal həyata qayıtmaları istiqamətində beynəlxalq təşkilatlarla birgə müvafiq addımların atılmasının vacibliyini qeyd edib.  

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq BMT-nin İnkişaf Proqramının Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, Ombudsmanın Aparatı və regional mərkəzlərinin imkanlarının gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.