Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

22-02-2022 382 dəfə oxunub
Ombudsman İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının idarə heyətinin videokonfrans formatında keçirilən 6-cı iclasında iştirak edib.

Azərbaycan, Türkiyə, Pakistan, İran, Mərakeş və Cibuti Ombudsmanlarının iştirak etdiyi iclasda Assosiasiyanın ötən ilki fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, eyni zamanda gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, Assosiasiyanın təşkilatçılığı ilə üzv qurumların əməkdaşları üçün keçirilən insan hüquqları sahəsində maarifləndirmə tədbirləri yeni bilik və bacarıqlara yiyələnmək baxımından olduqca faydalı olub.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva Assosiasiyaya yeni üzvlərin qəbulu prosesinin sürətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, iqtisadi və sosial hüquqların, informasiya əldə etmək hüququnun, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinə əsaslanan hüquqi maarifləndirmə təlimlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

İclas Assosiasiyanın fəaliyyət planının müzakirəsi, idarə heyətinin növbəti iclasının və ümumi yığıncağının keçirilmə yeri, vaxtı və gündəliyinin müzakirəsi istiqamətində işini davam etdirib.