Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın  Cəlilabad Regional Mərkəzi məişət zorakılığına dair maarifləndirici tədbir keçirib

21-02-2022 264 dəfə oxunub
Ombudsmanın  Cəlilabad Regional Mərkəzi məişət zorakılığına dair maarifləndirici tədbir keçirib

Ombudsmanın  Cəlilabad Regional Mərkəzi Cəlilabad Tibb Kollecində “Məişət zorakılığına qarşı ictimaiyyət arasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir  keçirib. Tədbirdə Cəlilabad Tibb Kollecinin müəllim heyəti və tələbələri iştirak ediblər. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbir iştirakçılarına Ombudsmanın məişət zorakılığının qarşısının alınması sahəsindəki fəaliyyəti ilə yanaşı eyni zamanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı haqqında geniş məlumat verib. 

O, tədbirin yekununda iştirakçıların suallarını cavablandırıb.