Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi həssas sosial qrupların hüquqlarına həsr olunmuş tədbirdə çıxış edib

16-02-2022 265 dəfə oxunub
Ombudsmanın nümayəndəsi həssas sosial qrupların hüquqlarına həsr olunmuş tədbirdə çıxış edib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin  “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı yeni layihəsinin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə dövlət qurumları və qeyri hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ombudsman Aparatını Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva təmsil edib. O, çıxış edərək, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Ombudsman tərəfindən əlilliyi olan şəxslərin müraciətləri üzrə araşdırmalar aparılır, pozulmuş hüquqlarının bərpası məqsədilə aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq qurumlarla əməkdaşlıqda tədbirlər həyata keçirilir. Həmçinin diqqətə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən təhsil, səhiyyə və sosial xidmət müəssisələrində monitorinqlər zamanı əlilliyi olan şəxslərin vəziyyəti və ehtiyacları araşdırılır,  sağlamlıq və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə zəruri tövsiyələr verilir.