Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqları və gender bərabərliyi” mövzusunda onlayn tədbir keçirib

11-02-2022 246 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqları və gender bərabərliyi” mövzusunda onlayn tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları və gender bərabərliyi” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, Qazax Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər. 

Tədbir zamanı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə  sahəsində Ombudsman təsisatının fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş institusional islahatlar barəsində danışıb. 

Qeyd edilib ki, qadın hüquqları və gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi  aktların qəbul edilməsi ölkəmizdə bu sahədə görülən işlərə öz töhfəsini verib.