Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib

25-01-2024 756 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Göygöl və Samux rayonlarında “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Prezident seçkilərində ilk dəfə iştirak edəcək gənclərin seçki hüququ mövzusunda maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi vurğulanıb, seçki prosesi ilə bağlı Seçki Məcəlləsinin tələbləri və səsvermə qaydaları ətraflı şəkildə diqqətə çatdırılıb.

Tədbirlərin gedişatında ilk dəfə səs verəcək gənclərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.