Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “Ayrı-seçkiliklə mübarizənin hüquqi və sosial aspektləri” mövzusunda tədbir keçirib

07-02-2022 313 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “Ayrı-seçkiliklə mübarizənin hüquqi və sosial aspektləri” mövzusunda tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə Maarif Evi İctimai Birliyinin birgə təşkilatçılığı və gənclərin iştirakı ilə “Ayrı-seçkiliklə mübarizənin hüquqi və sosial aspektləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, Ombudsmanın əhali arasında digər mövzularda olduğu kimi ayrı-seçkilik əleyhinə mübarizə sahəsində də hüquqi maarifləndirməyə xüsusi əhəmiyyət verdiyini bildirib. O, iştirakçıları ayrı-seçkiliyin hüquqi və sosial xarakteri, ayrı-seçkiliklə mübarizə sahəsində mövcud olan BMT, Avropa Şurası və Avropa İttifaqı standartları, həmçinin Azərbaycan Respublikasında bu sahədə qəbul edilmiş qanunvericilik aktları, ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentləri barədə məlumatlandırıb.

Eyni zamanda, tədbir iştirakçıları Azərbaycan Ombudsman təsisatının bu sahədə təcrübəsi barədə ətraflı məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə Ombudsman təsisatında yaradılmış 916 Çağrı Mərkəzinin fəaliyyəti, COVID-19 pandemiyası dövründə təsisata müraciət etmək vasitələri də diqqətə çatdırılıb. Bununla yanaşı, iştirakçılara Ombudsman Aparatının nəşri olan hüquqi-maarifləndirici vəsaitlər təqdim olunub.