Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-02-2022 237 dəfə oxunub
Ombudsman Aparatı və BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva tərəfindənbirgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Tərəflər arasında Anlaşma Memorandumunun imzalanması mərasimində hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Memorandumun əsas məqsədi universal insan hüquqları dəyərlərinin, qanunun aliliyinin, gender bərabərliyinin, ayrı-seçkiliyin qarşısının alınmasının və yaxşı idarəçiliyin təbliğ edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və bütün səviyyələrdə insan hüquqları üzrə maarifləndirmənin təşviq edilməsinə dəstək verməkdir. Memorandumda qeyd olunan sahələr üzrə əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulub.

Anlaşma Memorandumuna əsasən insan hüquqları sahəsində təhsil və maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsi, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqələrin daha da genişləndirilməsi, bu mexanizmlər çərçivəsində verilən tövsiyələrin qiymətləndirilməsi və implementasiyasına, Ombudsmanın institusional potensialının gücləndirilməsinə, insan hüquqlarının müdafiəsi üzrə milli strategiyaların hazırlanmasına  və “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrasına dəstək istiqamətlərində  tədbirlər həyata keçiriləcəkdir.