Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa keçirilib

26-01-2024 924 dəfə oxunub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masa Quba rayonunda təşkil olunub.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə həyata keçirildiyini bildirib. A.Səfixanlı müşahidəçilik institutunun əhəmiyyətinə toxunaraq təsisatın bu prosesdəki rolunun seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini qeyd edib.

Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova MSK tərəfindən görülən işlərdən danışaraq müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə yaddaş kitabçalarının hazırlandığını diqqətə çatdırıb.

MSK-nın əməkdaşı Şirzad Məmmədli növbədənkənar prezident seçkilərinə hazırlıq məqsədilə Komissiya tərəfindən həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.