Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq rəsm müsabiqəsi ilə bağlı ELAN

05-11-2022 288 dəfə oxunub
Uşaq rəsm müsabiqəsi ilə bağlı ELAN

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi uşaq rəsm müsabiqəsini elan edir. Müsabiqədə 18 yaşınadək uşaqlar iştirak edə bilərlər.

Müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıda verilmiş anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə fotoşəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.

Rəsm əsərləri 01 dekabr 2022-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II Ala qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
· Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
· Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.