Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ağdam rayonunda faktaraşdırıcı missiya həyata keçirib

20-12-2021 251 dəfə oxunub
Ombudsman Ağdam rayonunda faktaraşdırıcı missiya həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib. 

Faktaraşdırıcı səfər çərçivəsində Ombudsman Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb. Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb. 

Qeyd olunduğu kimi, Ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara ünvanlanacaqdır.