Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Dünya Vəkil Cübbələri və Atributları Sərgisinə qatılıb

17-12-2021 328 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Dünya Vəkil Cübbələri və Atributları Sərgisinə qatılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri 28 dekabr – Vəkil Gününə həsr edilmiş Dünya Vəkil Cübbələri və Atributları Sərgisinə qatılıb.

S.Əliyeva tədbirdə çıxış edərək, Ombudsman təsisatı ilə Vəkillər Kollegiyası arasında inkişaf edən və  insan hüquqlarının müdafiəsinin səmərəliliyinə xidmət edən əməkdaşlıq əlaqələri, ölkəmizdə vəkillik fəaliyyətinin inkişaf etdirilməsi, insanların hüquqi xidmətlərə əlçatımlılığının asanlaşdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlər barəsində  iştirakçılara geniş məlumat verib.

Ombudsman pandemiya dövründə əhalinin həssas qruplarının hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə vəkillərlə əməkdaşlıqda birgə tədbirlərin həyata keçirildiyini vurğulayıb.

S.Əliyeva iki qurum arasındakı əməkdaşlıq  nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər sahəsində müsbət nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Sonda S.Əliyeva  insan hüquqlarının təmini, müdafiəsi və təşviq edilməsi məqsədilə gələcəkdə də Vəkillər Kollegiyası ilə əməkdaşlıq əlaqələrinin davam edəcəyini bildirib.