Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasda iştirak edib

14-12-2021 214 dəfə oxunub
Azərbaycan Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması məqsədilə keçirilmiş növbəti onlayn iclasda iştirak edib.

Azərbaycan Ombudsmanı S.Əliyeva Türkiyə Baş Ombudsmanı, Qazaxıstan və Özbəkistan ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda  çıxış edərək, Türk Dövlətləri Təşkilatının cari ilin 12 noyabr tarixində keçirilən 8-ci zirvə görüşünün əhəmiyyəti barədə danışıb. Həmin görüşün təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənərək yeni bir mərhələyə girməsi baxımından olduqca önəmli olduğu vurğulanıb.

S. Əliyeva sözügedən zirvə görüşünün türkdilli dövlətlər arasında bütün istiqamətlər üzrə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə təkan verdiyini qeyd edib. Bu baxımdan Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin əsasnaməsinin qəbulu prosesinin sürətləndirilməsinin  əhəmiyyətini vurğulayan Ombudsman həmin əsasnamə ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması istiqamətində aktiv fəaliyyət həyata keçirib və hazırda da bu fəaliyyəti davam etdirməkdədir.

İclas iştirakçılar arasında müzakirə ilə davam etdirilib.