Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

26-11-2021 242 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq”mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə adı çəkilən qurumların nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Şagirdlərlə görüşdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev narkomaniyanın insan sağlamlığı və bütövlükdə cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan müxtəlif dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumat verib. 

Çıxışlardanarkomaniyanın müasir dövrün ən təhlükəli problemlərindən biri olduğu xüsusi vurğulanıb, bu faciənin qarşısının alınmasında bütün qurumların və vətəndaşların üzərinə məsuliyyət düşdüyü qeyd edilib. 

Daha sonra iştirakçıların sualları cavablandırılıb, onların fikirləri dinlənilib.