Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

10-12-2021 245 dəfə oxunub
Ombudsman 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Ombudsman tərəfindən ənənəvi olaraq hər il keçirilən“Hüquqlar hamı üçün!” jurnalist yazıları və “Mən və hüquqlarım” uşaq rəsm müsabiqələrinin yekunları elan olunub, qaliblər mükafatlandırılıb.

Giriş sözü ilə çıxış edən Ombudsman Səbinə Əliyeva əvvəlcə iştirakçıları tədbirin həsr olunduğu Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edib. Ombudsman bildirib ki, 2021-ci il üçün hər iki müsabiqədə əsas mövzu kimi hazırda çox aktual olan “Postmüharibə dövründə insan hüquqları” elan olunmuşdur. Ombudsman müsabiqələrdə iştirak edən jurnalistlərə və uşaqlara təşəkkürünü bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra müsabiqədə qalib olan jurnalist yazılarının məzmunu barədə məlumat verilib. I yerə Amin Nəzərli (Qafqazinfo.az saytı), II yerə Hafizə Əliyeva (“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC) və Məhbarə Əliyeva (“Respublika” qəzeti), III yerə Səbuhi Məmmədli (Lent.az saytı ), Səməd Canbaxşiyev (Naxçıvan Dövlət Universitetinin müəllimi) və Əsmər Qabil (APA İnformasiya Agentliyi), fərqləndirmə mükafatına İlahə Allahverdiyeva (Naxçıvan Dövlət Universitetinin tələbəsi)layiq görülüb. Ombudsman tərəfindən iştirakçılaradiplom və mükafatlar təqdim edilib.

Daha sonra rəsm müsabiqəsinin qaliblərinə diplom və mükafatları təqdim edən Ombudsman bu vacib mövzuya böyük maraq göstərən uşaqlara və onların valideynlərinə təşəkkürünü bildirib.  Münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq rəssamları Səlhab Məmmədov və Arif Hüseynov təqdim edilən rəsmlərin uşaqların öz hüquqları haqqında məlumatlı olduqlarını, müharibə və postmüharibə dövründə onlara təsir etmiş səhnələri əks etdirdiyini qeyd ediblər.

Rəsm müsabiqəsinin yekunlarına əsasən I yerə Fatimə Quliyeva, II  yerə Gülarə Salmanova və Rəhilə Məhərrəmova, III yerə Özləm Cəfərzadə, Səmayə Hüseynzadə və Ruhin Xasməmmədov layiq görülüb, 11 iştirakçıya həvəsləndirici mükafatlar təqdim edilib. Qeyd edək ki, bu ilki müsabiqəyə Bakı və regionlardan ümumilikdə 236 iştirakçı tərəfindən 260-dan çox iş təqdim olunub.