Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş hüquqi maarifləndirici tədbirlər keçirilib

03-12-2021 258 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Beynəlxalq Əlilliyi olan Şəxslər   Gününə həsr edilmiş hüquqi maarifləndirici tədbirlər keçirilib

Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad Regional Mərkəzləri 3 Dekabr- Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş hüquqi maarifləndirici tədbirlər təşkil ediblər.

Müxtəlif qurumların nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən həmin tədbirlər zamanı  Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün BMT Baş Assambleyasının1992-ci il 14 oktyabr tarixli qətnaməsi əsasında təsis edildiyini və  beynəlxalq səviyyədə qeyd edildiyini bildirilib. Həmçinin iştirakçılar əlilliyi olan şəxslərin hüquqlarının bəyan və təşviq edildiyi bir sıra normativ hüquqi sənədlər, habelə “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları barədə məlumatlandırılıb.Qeyd edilib ki, indi dünya əhalisinin təxminən 10 faizini əlilliyi olan insanlar təşkil edir və onların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Tədbirlər zamanı Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxladığı və səlahiyyətləri çərçivəsində onların problemlərinin həlli, cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyi, aidiyyəti dövlət qurumları qarşısında bir sıra təkliflər irəli sürüldüyü və icrası istiqamətində tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Tədbirlərdə o da vurğulanıb ki, ilk növbədə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya­sının qarşısını alan fiziki maneələr aradan qaldırılmalı, onlara digər insanlar kimi təhsil, məşğulluq, səhiyyə, informasiya-kommunikasiya və s. xidmətlərdən bərabər imkanlar əsasında istifadə edə bilmələri üçün zəruri olan bütün şərait yaradılmalı, tibbi, peşə-əmək və sosial reabilitasiya tədbirləri genişləndirilməlidir.

Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb.