Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

03-12-2021 253 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans təşkil edib.

Tədbirdə Əlil Təşkilatları İttifaqının prezidentiDavud Rəhimli, BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva, Finlandiyanın CənubiQafqaz üzrə səfiri Kirsti Narine, ƏƏSMN təbeliyində Dövlət məşğulluq Agentliyinin və Sahibkarlar (İşəgötürən) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatını tədbirdə Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva təmsil edib. A.Tarverdiyeva çıxış edərək, əlilliyi olan şəxslərin məşğulluq hüquqları, Ombudsman əlilliyi olan şəxslərlə və onların ictimai birlikləri ilə əməkdaşlıq istiqamətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Ombudsmanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, məşğulluq imkanlarının və işəgötürən təşkilatlarla onlar üçün inklüziv iş mühitinin yaradılmasının təmin olunması ilə bağlı həm illik məruzələrində, həm də səlahiyyətli dövlət qurumlarına ünvanlandığı müraciətlərdə onlar üçün müyəssər şəraitin təmin olunmasına dair təkliflər verdiyi də qeyd olunub. Həmçinin bildirilib ki, Müvəkkilin bir sıra təklifləri “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də nəzərə alınmışdır.

Konfransın sonunda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.