Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Bolqarıstandan olan nümayəndə heyəti ANAMA sədri ilə görüş keçirib

25-10-2021 264 dəfə oxunub
Bolqarıstandan olan nümayəndə heyəti ANAMA sədri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) beynəlxalq əməkdaşlığı çərçivəsində ölkəmizə səfərə gəlmiş Bolqarıstan nümayəndə heyəti növbəti görüşünü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA-da) keçirib.

ANAMA sədri Vüqar Süleymanov qonaqlara Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində yerləşdirdiyi çoxsaylı minaların hazırda səbəb olduğu təhlükə barəsində ətraflı məlumat verib. Azad edilmiş Azərbaycan ərazilərində minaların insan həyatı və quruculuq işləri üçün yaratdığı fəsadlar, mina partlayışlarının səbəb olduğu ölüm və yaralanma halları, Ermənistanın dəqiq mina xəritələrini təqdim etməməsi kimi məsələlər görüşdə əsas müzakirə mövzuları olub. 

Görüş zamanı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyi, hazırda da minaların məcburi köçkünlərin azad olunmuş doğma yurdlarına qayıdışına maneə törətdiyi diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, nümayəndə heyəti Ağdam şəhərinə səfər çərçivəsində minalanmış əraziyə də baxış keçirəcək.