Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Azərbaycan Uşaqlarının V Ümumrespublika Uşaq Forumunda iştirak edib

19-11-2021 238 dəfə oxunub
Ombudsman Azərbaycan Uşaqlarının V Ümumrespublika Uşaq Forumunda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən V Ümumrespublika Uşaq Forumunda iştirak edib.

Sözügedən forumun keçirilməsində məqsəd uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara təşəbbüslərlə çıxış edərək təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Forumda müxtəlif mövzular üzrə dövlət rəsmiləri ilə forum iştirakçıları arasında müzakirələr təşkil edilib.

Tədbirdə çıxış edən və uşaqların suallarını cavablandıran Səbinə Əliyeva uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu, son vaxtlarda baş verən mühüm yeniliklərdən biri kimi Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektorunun, həmçinin 24 saat ərzində fəaliyyət göstərən və uşaqların da müraciət edə bildiyi 916  nömrəli vahid Çağrı Mərkəzinin yaradıldığını bildirib.

Ombudsman cari ildə forumda iştirak edən uşaqların “Mən lider olmaq istəyirəm” devizi altında keçirilən yay məktəbini də ziyarət etdiyini və onlarla keçirilən görüşdən məmnunluğunu vurğulayıb.

Tədbir zamanı S.Əliyeva 20 oktyabr-20 noyabr tarixlərində onun təşəbbüsü ilə ölkədə elan edilmiş “Uşaq Hüquqları Aylığı”, habelə Ombudsmanın uşaq hüquqlarının səmərəli müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə forum iştirakçılarını məlumatlandırıb.