Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın dəvəti əsasında Bolqarıstandan olan nümayəndə heyəti ölkəmizə səfərə gəlib

25-10-2021 80 dəfə oxunub
Ombudsmanın dəvəti əsasında Bolqarıstandan olan nümayəndə heyəti ölkəmizə səfərə gəlib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. 

Təsisatlar arasında qarşlıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə humanitar vəziyyətin monitorinqini həyata keçirmək səfərin əsas məqsədlərini təşkil edir.

Bu gün nümayəndə heyəti Azərbaycan Ombudsmanı ilə birgə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. 

Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi hörmətlə yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib.

Ombudsman və Bolqarıstandan olan nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.