Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı İƏT-in Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 5-ci iclasında çıxış edib

17-11-2021 223 dəfə oxunub
Azərbaycan Ombudsmanı İƏT-in Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 5-ci iclasında çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 17 noyabr 2021-ci il tarixdə İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Direktorlar Şurasının videokonfrans formatında keçirilən 5-ci iclasında çıxış edib.

Tədbirdə Türkiyənin Baş Ombudsmanı və İƏT OA-nın Prezidenti cənab Şərəf Malkoç, Pakistanın Vergilər üzrə Federal Ombudsmanı və İƏT OA-nın Baş Katibi, cənab Asif Mahmud Jah da iştirak ediblər. 

Görüşdə Ombudsman qonaqları salamlayaraq, İkinci Qarabağ müharibəsi zamanı və post-conflict dövründə Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuş və hələ də pozulmaqda davam edən insan hüquqları barədə geniş məlumat verib. O, Vətən Müharibəsi dövründə mülki şəxslərin və mülki yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alındığını, insan hüquq və azadlıqlarının kobud surətdə pozulduğunu, hazırda işğaldan azad edilmiş ərazilərdə hələ də mina probleminin mövcud olduğunu və nəticədə hələ də Azərbaycanlı həm mülki, həm də o ərazilərdə qulluq edən hərbçilərimizin minaya düşərək həlak olduğunu və sağlamlıqlarını itirdiklərini vurğulayıb.

Daha sonra Müvəkkil Ermənistanın hərbi qüvvələri tərəfindən 16 noyabr 2021-ci il tarixdə Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusunun şəhid olduğunu, 10 nəfərin isə yaralandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

S. Əliyeva müharibə dövründə Ermənistan tərəfindən törədilən insan hüquq pozuntularının yerində araşdırılması məqsədilə Azərbaycan Ombudsmanın dəvəti əsasında ölkəmizə səfər etmiş, daha sonra araşdırmanın nəticəsi olaraq əsaslandırılmış hesabat hazırlayaraq bununla bağlı dünya ictimaiyyətini məlumatlandırmış İƏT OA nümayəndə heyətinə  öz dərin təşəkkürünü bildirib. 

Ombudsman fürsətdən istifadə edərək tədbirdə iştirak edən İƏT OA-nın Baş Katibi cənab Asif Mahmud Jahı Pakistanın Vergilər üzrə Federal Ombudsmanı seçilməsi münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzilayıb. 

Tədbirdə qurumun Baş Assambleyasının planlaşdırılması və qurumun cari və gələcək fəaliyyət istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.