Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru ilə görüşüb

15-10-2021 221 dəfə oxunub
Ombudsman Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə direktoru Karin Hörhanı qəbul edib.

S.Əliyeva qonağa mandatı və təsisatın fəaliyyətini tənzimləyən Konstitusiya Qanunu haqqında məlumat verib. Görüşdə Müvəkkilin ətraf rayonlar üzrə fəaliyyət göstərən dörd regional mərkəzinin fəaliyyəti barədə də danışılıb. 

Bununla yanaşı, Müvəkkil Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qalmış mülki yaşayış məntəqələrimizdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə məlumat verərək, əldə edilmiş nəticələr əsasında hazırlanmış və beynəlxalq insan hüquqları qurumlarına göndərilmiş hesabatlardan bəhs edib.  

Görüşdə iki qurum arasında əlilliyi olan şəxslərin, uşaqların və miqrantların hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həmçinin sözügedən sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Yekunda səmimi görüşə görə təşəkkürünü bildirən qonaq Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.