Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib

16-11-2021 77 dəfə oxunub
Ombudsman Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhid ailələri və qazilərin vəziyyətini mütəmadi olaraq diqqətdə saxlayır.

Ombudsman növbəti şəhid ailəsinin qayğılarını öyrənmək məqsədilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun ailəsini ziyarət edib, onların problemləri ilə maraqlanıb. Qeyd edək ki, Ş.Allahyarovun şəhid olduqdan sonra dünyaya gələn övladına onun adı verilib. 

Bundan başqa şəhidin adının ölümsüzləşdirilməsi məqsədilə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə onun adı verilib.

Şahin Allahyarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Görüş zamanı şəhidin ailəsi onlara dövlət tərəfindən göstərilən qayğıya görə təşəkkürünü bildirib.