Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda tədbirlər keçirilib

01-02-2024 851 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Qax rayonun Əmircan, Şəki rayonunun İbrahimkənd və Oğuz rayonunun Zərrab kəndində “Vətəndaşların seçki hüquqlarının təmini” mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə çıxışlar zamanı Ombudsman təsisatı tərəfindən ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığı, bu hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə ardıcıl işlərin görüldüyü, bu sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyi qeyd olunub.

Tədbirlərdə, eyni zamanda, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbləri və səsvermə qaydaları iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.