Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya başçəkmə həyata keçir

07-10-2021 294 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya başçəkmə həyata keçir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən mütəmadi olaraq paytaxtda və regionlarda başçəkmələr həyata keçirilir. 

MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya növbəti başçəkmə həyata keçirilib.   

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə yaşayan müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub. 

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisənin tibb, istirahət, sinif otaqlarına, yataqxanalara, emalatxanaya, kitabxanaya, ərzaq anbarına, mətbəxə, yeməkxanaya, idman zalına, sanitar qovşaqlara və camaşırxanaya baxış keçirilib.

Başçəkmə çərçivəsində təhsil müəssisəsində uşaqların saxlanma şəraiti və sənədləşmədə aşkar edilmiş çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və müzakirə olunub. 

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, ilkin tibbi yardım və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib, müəssisə  daxilində yerləşdirilməsi məqsədilə Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar təqdim olunub.