Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nəşrləri VII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib

06-10-2021 233 dəfə oxunub
Ombudsman Aparatının nəşrləri VII Bakı Beynəlxalq  Kitab Sərgisində nümayiş etdirilib

06-10 oktyabr 2021-ci il tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilməkdədir.

Ölkəmizdə reallaşan beynəlxalq kitab sərgisində yerli və xarici ölkələri təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri,o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər. Sərgi çərçivəsində bir sıra kitab təqdimatları, konfrans və dəyirmi masalar təşkil olunacaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevasərgidə iştirak edib. Ombudsman sərgi iştirakçılarını, xarici qonaqları, kitabsevərləri və kitabxana ictimaiyyətini bu böyük kitab bayramı münasibətilə təbrik edib, onlara öz xoş və səmimi arzularını bildirib, sərgidə nümayiş olunan kitablarla və poliqrafiya məhsulları ilə yaxından tanış olub. O, həmçininOmbudsman Aparatının 216 adda nəşrinin sərgiləndiyi stendin önündə çoxsaylı ziyarətçilərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ilk nəşr nümunəsi 2003-cü ildə işıq üzü görən Ombudsman Aparatının bu sərgidə artıq 216-cı nümunəsi sərgilənməkdədir. Bu nəşrlərdən 152-si kitab, 55-i liflet-buklet, 9-u plakat olmaqla, hüquq ədəbiyyatının müxtəlif sahələrindən bəhs edir.

Ombudsmanın Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla bağlı, həmçinin daha sonra müxtəlif hüquq pozuntuları ilə əlaqədar hazırlanmışhesabatları da Azərbaycan və ingilis dillərində sərgi iştirakçılarına təqdim edilir.

Xarici dillərə tərcümə olunmuş nəşrlər Almaniyanın Frankfurt və Türkiyənin İstanbul şəhərlərində keçirilmiş beynəlxalq kitab sərgilərində də nümayiş olunub.Uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların və əhalinin digər qruplarının hüquqlarından bəhs edən maarifləndirici çap məhsulları sərgi iştirakçılarına hədiyyə olaraq  paylanılıb. 

Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri artıq bir çox xarici ölkələrin ombudsman təsisatlarına, insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, habelə Milli Kitabxana, Prezident Kitabxanası da daxil olmaqla,  respublikamızın mərkəzləşmiş kitabxana sistemi şəbəkəsində olan  bütün kitabxanalara, ali məktəblərin, eyni zamanda ayrı-ayrı dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə hədiyyə olaraq göndərilib.