Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi Konstitusiya Gününə həsr olunmuş seminarda məruzə ilə çıxış edib

15-11-2021 223 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi Konstitusiya Gününə həsr olunmuş seminarda məruzə ilə çıxış edib

Yasamal Rayon Gənclər və İdman İdarəsi ilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı əsasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda rayonun fəal gənclərinin iştirakı ilə seminar keçirilib.

Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak edib.

“İnsan və vətəndaş hüquq və azadlıqları Konstitusiyanın əsas tələbi kimi” adlı məruzə ilə çıxış edən M.Mahmudov ilk növbədə tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayıb və Konstitusiya Günü münasibətilə təbriklərini çatdırıb.

Daha sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsindən 26 il ötən,ən yüksək və birbaşa hüquqi qüvvəyə malik ali qanunvericilik aktı olan Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunmasının ölkəmizdə insan şəxsiyyətinə verilən ali dəyərin bariz təzahürü olduğu bildirilib.

Əsas səlahiyyətləri Konstitusiya Qanunu ilə müəyyən olunan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təbliği sahəsindəki fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verilib.