Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhid ailələri və qazilərinvəziyyətini mütəmadi olaraq diqqətdə saxlayır, onlarla görüşlər keçirməklə qayğılarını öyrənir.
Ombudsman Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsini ziyarət edib. Səbinə Əliyeva şəhidin ailəsini bundan öncəki ziyarəti zamanı qaldırılmış məsələlərin həlli vəziyyəti və ailə üzvlərinin digər problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Qərib Baxşəliyev şəhid olduqdan sonra onun qız övladı dünyaya gəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.