Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil edilib

12-11-2021 212 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil edilib

Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbirlər keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Uşaq hüquqlarının konstitusion təminatı” mövzusunda onlayn tədbir keçirib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax Rayon Şöbəsi ilə birgə təşkil edilmiş tədbirdə gənclər və məktəblilər iştirak ediblər.

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək qeyd edib ki, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə genişmiqyaslı demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanılmışdır. 

“Uşaq Hüquqları Aylığı” çərçivəsindəkeçirilmiş tədbirdə uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Ombudsmanının dövlət qurumları, beynəlxalq təşkilatlar, həmçinin yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunub. S.Abbasov  çıxışı zamanı Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olan uşaq hüquqları ilə bağlı müddəalar və konstitusion təminatlar haqqında ətraflı məlumat verib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Konstitusiya Günü ilə əlaqədar rayonun Gənclər və İdman İdarəsi və Peşə Təhsili Mərkəzi ilə birgə tədbir təşkil edib. Tədbirdə regional mərkəzin əməkdaşları ilə yanaşı, adıçəkilən qurumların nümayəndələri, habelə müəllim və tələbələr iştirak ediblər. 

Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə ümumilikdə konstitusiyanın sosial-hüquqi mahiyyəti, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması tarixi və müddəaları barədə ətraflı çıxış edib. Daha sonra insan hüquqları sahəsində qəbul edilmiş "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, habelə Azərbaycan Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti barədə də geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. 

Ombudsmanın Quba Regional Mərkəzi isə bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə videokonfrans rejimində tədbir keçirib. Tədbirdə qeyd olunan qurumların əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları Müvəkkilin adından salamlayaraq, təbrik sözlərini çatdırdıqdan sonra bu gün qəbul edilməsinin 26 illiyi qeyd edilən konstitusiyamızın əhəmiyyəti, bu ali qanunvericilik aktının vətəndaşlarımıza verdiyi hüquq və azadlıqlar barədə ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.