Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini qəbul edib

05-10-2021 247 dəfə oxunub
Ombudsman Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib. Görüşdə şəhid Fariz Həsənovun xanımı Əzizə Həsənova, şəhid Tapdıq Ağayevin xanımı Gülşən Ağayeva və şəhid Valeh Bədəlovun xanımı Zeynəb Bədəlova, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova iştirak ediblər.

Ombudsman Aparatında keçirilmiş görüşdə əvvəlcə şəhidlərimizin keçdiyi döyüş yolu, vətən uğrunda göstərdikləri qəhrəmanlıq barədə danışılıb. Daha sonra Ombudsman Vətən müharibəsi şəhidlərinin həyat yoldaşlarını bu il ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb. 

Görüş zamanı şəhidlərin ailə üzvlərinin qarşılaşdığı müxtəlif problemlər müzakirə olunub. Onların müraciətlərini dinləyən Ombudsman hər zaman şəhid ailələrinin problemlərinin həlli ilə bağlı lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.