Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı informasiya əldə etmək haqqında maarifləndirici bukletləri ictimaiyyətə təqdim edir

10-11-2021 287 dəfə oxunub
Ombudsman Aparatı informasiya əldə etmək haqqında maarifləndirici bukletləri ictimaiyyətə təqdim edir

Məlum olduğu kimi, informasiya sahibi olan dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.

Bu sahədə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi məqsədilə ötən il Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb. Sözügedən şöbə bu günlərdə vətəndaşların informasiya əldə etmək hüquqlarının səmərəli təmini və bu sahədə baş vermiş qanun pozuntularının qarşısının alınması, müvafiq hüquqla bağlı nəzəri biliklərin və məlumatlılığın artırılması məqsədilə vətəndaşlar üçün “İnformasiya əldə etmək hüququmuzu bilək”, informasiya sahibi olan qurumlar üçün isə “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı bukletlər hazırlayıb.

Bukletlərdə informasiya əldə etmək hüququ haqqında, Azərbaycan Respublikasının müvafiq Qanunundan irəli gələn müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri və müvafiq protokol tərtib etmək səlahiyyətlərinə dair məlumatlar öz əksini tapıb.