Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən şəhid ailələri və qazilərin qayğıları diqqətdə saxlanılır

01-10-2021 275 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən şəhid ailələri   və qazilərin qayğıları diqqətdə saxlanılır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ailələrinin və qazilərimizin daim diqqətdə saxlanılması məqsədilə Ombudsmanın regional mərkəzləri tərəfindən bölgələrimizdə yaşayan şəhid ailələri və qazilər ziyarət edilir, onların qayğıları öyrənilir.

Ombudsmanın tapşırığına əsasən Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Vətən müharibəsi şəhidləri Samir Süleymanov, Əfsan Salıyev, Rahim Mikayılov, Cəlil Xeyrullayev, Eynulla Lətifov, Surxay Mehtiyev, Ülvi Məmmədov, Yaşar Xudayev, Mehdi Murtuzov, Aqil Məlikov, Orxan Babayevin və qazilər Kənan Əhmədov, Elmir Qədirov, Ömər Laçınovun ailələrini ziyarət edib. Ombudsman Səbinə Əliyevanın adından şəhidlərin ailə üzvlərinə başsağlığı verilib. Görüşlər zamanı təsisatın şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə məlumat verilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Sosial Xidmətlər Agentliyinin əməkdaşı ilə birgə qazi Hasil Mehdiyevin ailəsini ziyarət edib. Görüşdə qazimizin müalicəsi və qayğıları ilə bağlı söhbət aparılıb, qaldırılan məsələlərlə bağlı hüquqi məsləhət verilib. 

Görüşlər zamanı qeyd olunub ki, dövlət tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, bu cür ziyarətlər davam etdiriləcək.