Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Miqrasiya üzrə Regional Təlim Mərkəzində növbəti təlim təşkil edilib

06-11-2021 314 dəfə oxunub
Miqrasiya üzrə Regional Təlim Mərkəzində növbəti təlim təşkil edilib

Miqrasiya üzrə Regional Təlim Mərkəzində “İnsan alveri ilə mübarizə” mövzusunda təlim keçirilib. Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İnsan alverinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və xidmətin nümayəndələri, Daxili və Xarici işlər nazirliklərinin əməkdaşları, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova iştirak ediblər.

Təlim çərçivəsində insan alveri ilə bağlı müraciətlərə baxılma qaydaları, bu cinayətin indikatorları, tövsifi, cəza-icra prinsiplərinin hüquqi aspektləri, bu sahədə dövlətdaxili qanunvericiliyinin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərinə uyğun hesabatların hazırlanması, təqdim edilməsi və təhlili metodikası, habelə sayca dördüncü olan və əhatə edən “Azərbaycan Respubikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üzrə Milli Fəaliyyət Planı”na əsasən hüquq-müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi mövzularında interaktiv məlumatlandırma aparılıb. Bununla yanaşı, insan alveri qurbanlarının müəyyənləşdirilməsində proaktiv və reaktiv üsullar, yardım mərkəzləri, qurbanların müdafiəsi, onların sığınacaqlara yerləşdirilməsi, hüquqlarının bərpası, reabilitasiya və sosial reinteqrasiyasının xüsusiyyətləri və digər əlaqəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirin işinə miqrasiya və yerdəyişmə üzrə ixtisaslaşmış yerli ekspertlərlə yanaşı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev və təşkilatın layihə əməkdaşı Ersilia Apreda, o cümlədən ABŞ-nin ölkəmizdəki səfirinin müavini Maykl Dikerson cəlb edilib. Onlar ən qabaqcıl təcrübə və müasir metodologiyalar vasitəsilə insan alveri ilə mübarizənin milli, regional və qlobal səviyyədə gücləndirilməsinin vacibliyini qeyd ediblər. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.