Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Avropa  Uşaq Ombudsmanlar Şəbəkəsinin 25-ci İllik Konfransında və Baş Assambleyasında  iştirak ediblər

30-09-2021 226 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Avropa  Uşaq Ombudsmanlar Şəbəkəsinin 25-ci İllik Konfransında və Baş Assambleyasında  iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva 27-29 sentyabr 2021-ci il tarixlərində Yunanıstanın Afina şəhərində keçirilən Avropa Uşaq Ombudsmanlar Şəbəkəsinin (ENOC) 25-ci İllik Konfransı və Baş Assambleyasında onlayn formatda iştirak ediblər. 

 “COVID-19 və uşaq hüquqları” mövzusuna həsr olunmuş bu tədbirdə ENOC üzvü olan müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsman institutları və milli insan hüquqları təsisatlarının nümayəndələri, BMT, Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurasının və digər beynəlxalq təşkilatların uşaq hüquqları üzrə vəzifəli şəxsləri, ekspertlər və uşaqlar iştirak ediblər.

Tədbirdə üzv ölkələrin nümayəndələri tərəfindən ötən dövr ərzində uşaq hüquqlarına dair baş vermiş yeniliklər barədə məlumat verilib, fikir və təcrübə mübadiləsi aparılıb. 

N.Ağayeva ötən dövr ərzində Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılması, COVID-19 pandemiyası və İkinci Qarabağ müharibəsi zamanı uşaq hüquqlarının təmini baxımından görülən işlər barədə məlumat verib. 

Tədbir zamanı İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş vermiş uşaq itkiləri barədə Müvəkkilin hesabatı, dağıdılan mülki obyektlərin yerləşdiyi ərazilərdə aparılan faktaraşdırıcı missiyalar, o cümlədən qurbana çevrilmiş uşaqların pozulmuş hüquqlarına dair beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara göndərilən müvafiq bəyanat və müraciətlər, edilən çağırışlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, müharibə nəticəsində zərərçəkmiş ailə və uşaqlar üçün Müvəkkilin təşəbbüsü ilə psixoloji yardım kampaniyasının həyata keçirildiyi qeyd edilib.

Tədbirin sonunda növbəti il üçün ENOC Büro üzvləri seçilib və fəaliyyət istiqamətləri müzakirə olunub.