Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Bolqarıstanın Ali İnzibati Məhkəməsinin sədri ilə görüşüb

30-09-2021 234 dəfə oxunub
Ombudsman Bolqarıstanın Ali İnzibati Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının Ali İnzibati Məhkəməsinin sədri Georgi Çolakovla görüş keçirib. 

Ombudsman 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarına zidd olaraq mülki əhali və obyektlərin atəşə tutulması faktlarını diqqətə çatdırıb. Ombudsman həmin dövrdə zərər dəymiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya fəaliyyəti barədə məlumat verib. Görüş zamanı missiyanın nəticələrinə əsasən hazırlanmış hesabat və digər məlumatlar məhkəmə sədrinə təqdim edilib.

Bununla yanaşı, Ombudsman məcburi köçkünlərin azad edilmiş doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi üçün mina xəritələrinin təqdim olunmasının, eləcə də aidiyyəti beynəlxalq qurumlar tərəfindən bu məsələnin qaldırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra görüşdə Azərbaycan və Bolqarıstan arasında məhkəmə işləri üzrə təcrübə mübadiləsi həyata keçirilməsi barədə müzakirə aparılıb.