Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Bolqarıstanın əmək və sosial siyasət naziri ilə əlilliyi olan şəxslərin hüquqları barədə müzakirə aparıb

29-09-2021 252 dəfə oxunub
Ombudsman Bolqarıstanın əmək və sosial siyasət naziri ilə əlilliyi olan şəxslərin hüquqları barədə müzakirə aparıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində növbəti görüşü həmin ölkənin Əmək və Sosial Siyasət Nazirliyində olub. Nazir Qılıb Donevlə keçirilən görüş zamanı hər iki ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə toxunulub.

Ombudsman əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, illik məruzələrində bu istiqamətdə irəli sürülmüş təkliflər barədə məlumat verib. Səbinə Əliyeva Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsi məqsədilə müvafiq sektorun yaradıldığını da qeyd edib.

Ombudsman əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinin vacibliyini vurğulayıb, Tokio-2020 Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçılarının 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq böyük uğura nail olduğunu əlavə edib.

Görüş zamanı qeyd edilib ki, ötən il baş vermiş Vətən müharibəsi nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər arasında da çoxsaylı həlak olan, yaralanan, o cümlədən əlillik dərəcəsi təyin edilənlər olmuşdur. Ombudsman həm Birinci, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı, onlara mənzillər və avtomobillərin təqdim olunması barədə danışıb.

Yekunda nazir Q.Donev Azərbaycanın qeyd olunan təcrübəsini, eləcə də Ombudsmanın bu sahədə əlaqədar qurumlarla əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib.