Azərbaycan Respublilkasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının Müsəlman İcmasının baş müftisi Mustafa Hacı ilə görüşüb.
Görüşdə Ombudsman Azərbaycanın azad edilmiş ərazilərində İslam mədəniyyətinə aid abidələrin işğal dövründə kütləvi şəkildə dağıdılması və təhqir olunması faktları, habelə Vətən müharibəsi dövründə zərər vurulmuş dini abidələr haqqında məlumat verib.
Ombudsman tərəfindən baş müftiyə Azərbaycan dilində Qurani-Kərim hədiyyə olunub.