Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27-09-2021 269 dəfə oxunub
Ombudsman Aparatında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında və regional mərkəzlərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sentyabrın 27-si “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq ədalətin bərpası və qələbəyə doğru aparan hadisələrin başlanğıcı kimi ən yeni Azərbaycan tarixində xüsusi iz saldı. 44 gün davam etmiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından azad olunması və qazanılmış parlaq zəfər rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin canını fəda edərək yaratdığı şah əsərdir. 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq bu il ilk dəfə keçirilən Anım Günündə İkinci Qarabağ müharibəsində şəhid olmuş, o cümlədən Ermənistanın mülki obyektlərə hücumları nəticəsidə həlak olmuş vətəndaşlarımızın xatirəsini dərin ehtiramla anır, onlara rəhmət diləyir və ailələrinə səbir arzulayırıq.